Məşhur aktyor Brus Uillisin arvadı Emma Hemminq NBC kanalının axşam şousunda aktyorun xəstəliyi ilə bağlı açıqlama verib.
“Medicina” məlumatına görə, o etiraf edib ki, aktyorun öz xəstəliyini və vəziyyətini anlamasından əmin deyil.
Belə ki, 2023-cü ildə Uillisdə alın-gicgah demensiyası aşkarlanıb.
“Demensiya ilə bağlı mən onu anladım ki, o çox çətin və mürəkkəb bir vəziyyətdir. Həm xəstə üçün, həm ailəsi üçün. Bu bütün ailənin xəstəliyidir.
Mən ərimin xəstəliyini həm xeyir-dua, həm lənət kimi qəbul edirəm. Bryusun öz xəstəliyini bildiyini təyin etmək çətindir.
Xəstəlik onda eşitmədə problemlə başladı, daha sonra o, çəkilişlərdə çətinlik çəkirdi. Amma xəstəlik onun aktivliyinə təsir etmir, sevimli hobbiləri ilə məşğul olur, qonaq gələndə sevinir, onlarla vaxt keçirir”.