Süd orqanizmin kalsium ehtiyacını ödəyir. doğulduğumuz andan etibarən aldığımız ilk qidadır. Faydaları saymaqla bitmir. bəs niyə süd bu qədər önəmlidir? Medicina.az südün 8 əsas xeyrini təqdim edir.
Mütəxəsislərə görə, südə qarşı hər hansı allergiya və narahatlığı olmayan insanlar gün ərzində iki stəkan içməlidir.
SÜD İÇMƏYİN FAYDALARI:
1.Göbək ətrafı yağları əridir
Artıq çəki problemi yaşayan insanlarda ən gözə batanan, narahat edən məhz qarın ətrafındakı yağlanmadır. Südün mütəmadi olaraq qəbul edilməsi bədənə lazımı qədər protein və vitaminlər verir. Lakin vitaminlər istehlak edildikcə göbək çevrəsindəki yağlar əriməyə başlayır.
2.Sümüklərə güc verir
Minerallar baxımından son dərəcə önəmlidir. Kalsiumla zəngin bu içki sümüklərə güc verir. Düzgün, nizamlı və davamlı olaraq içildikdə müsbət nəticə əldə edilir.
3.Dərinin sağlam qalmasına təkan verir
Gözəl və təravətli dəriyə sahib olmaq istəyirsinizsə bol-bol su için. Ciltdə qırışıqlıq və yaşlanma əleyhinə ən yaxşı vasitədir. Parlaq dəriyə yiyələnmək üçün xüsusi ilə yetişkinlərin süd içməyi şərtdir.
4.Enerşi verir
Xüsusi ilə beynə veriyi enerji yaddaş problemi yaşayanlara lazımlıdır. Hafizəni gücləndirir, nevroloji xəstəliklərdən qoruyur.
5.Ürək-damar sağlamlığı üçün lazımlıdır.
Südün yağsız içilməsi zamanı yüksək təzyiqli olanlar üçün faydalıdır. tərkibindəki kalsium damar xəstəlikləri riskini 15% azaldır.
6. Xolestreni azaldır
heyvan mənşəli qidaların çox və tez-tez istehlakı xolestrenin yüksəlməsinə şərait yaradır. bu vəziyyətdə ürək-damar xəstəlikləri də artır. Az yağlı süd içmək xolestrenin enməsinə təkan verir.
7.Bronxit və bağırsaq xərçənginin qarşısnı alır
Əvvələr aparılana raşdırmalarda müxtəlif nəticələr əldə edilib. onlardan birində isə məlum olub ki, 2-3 il ərzində mütəmadi olaraq süd içmək bağırsaq xərçəngindən qoruyur. Hətda təhqiqatlarda iştirak edən insalarda demək olar ki, heçbirində bağırsaq xərçəngi aşkarlanmayıb. Bundan başqa asılılıq edən maddələrin istifadə edilməsinin minimuma endirilməsidə südün rolu böyükdür.
8. Osteoparozdan qoruyur
Ən önəmli məqamlardan biri məhz sümük əriməsi xəstəliyidir. Osteoparoz 50 yaşdan sonra insanalarda daha çox müşahidə edilir.Buna görə də, gündə iki və yaxud 3 stəkan süd içmək məsləhətdir.
Qeyd edək ki, osteoparoz skeletin metabolik xəstəliyi olub, sümük toxumasının zədələnməsi, sümüklərin deformasiyası və sınığı ilə nəticələnən xəstəlikdir. Osteoparoz çox geniş yayılmış bir xəstəlik olub, xüsusilə qadınlarda menopauza dövründə daha çox rast gəlinir. Osteoparozun əsas fəsadı kiçik travmalar zamanı belə sınıqların yarana bilmə təhlükəsidir. Osteoparoz zamanı onurğanın sınığı ağır yük qaldırma və bədənin sirkələnməsi zamanı baş verə bilər. Dünyada yaşlı insanların əlilliyinin və ölümünün əsas səbəblərindən biri osteoparoz hesab olunur. 50 yaşdan yuxarı qadınlarda bud sümüyü boynunun sınıqlarının əsas səbəbi osteoparoz göstərilir.
Ayna Məmmədova Medicina.az