Bronxial astmadan əziyyət çəkənlərə – Müalicəsi bağırsaqlardan başlayır
Bronxial astmadan əziyyət çəkənlərə – Müalicəsi bağırsaqlardan başlayır
2018.02.05 17:43
97968 Baxış
Bronxial astma insanı əlilliyə gətirən xəstəlikdir. Bu xəstəliyi ağırlaşdıran 2 səbəb olur: iltihab və allergiya. Bu iki amil birləşəndə bronxial astma xəstəliyi yaranır. Burunun əlavə ciblərində, sinuslarda, ağciyərlərdə xroniki irinli iltihab uzun müddət davam etdikdə bronxial astmaya keçir.
Bioloji təbabət klinikasının Allerqoloq – pulmonoloqu Elaza Mikayılzadə medicina.az-a bu xəstəliyin müalicə olunması ilə bağlı maraqlı məqamları açıqladı:
"Uzun müddət tənəffüs orqanlarında – burundan tutmuş badamcıq, bronxlara kimi iltihabi ocaq gəzdirən, antibiotik dərmanlarla, inqalyasiya ilə müalicələrlə sağalacağına ümid edən xəstələr qiymətli vaxtı itirərək, bronxial astma mərhələsinə keçib boğulma tutmaları başlayanda həkim axtarışına çıxır. Bizim cəmiyyətdə ən dəhşətli məqam: xəstənin qohum-qonşu məsləhəti ilə özü-özünü müalicə etməsidir. Bu çox böyük fəsadlar yaradır.
Bronxial astmaya səbəb olan allergiya bağırsaqlardan qaynaqlanır. Bağırsaqların selikli qişasının keçiriciliyinin pozulması ilə mikroblar birbaşa qana keçir. Bəzən qanın yuyulması az müddətli təsir edir. Amma yemək yedikcə yenidən hər şey təkrarlanır. Bağırsağın mikroflorası pozulan xəstələrdə bronxial astma güclənir. Bağırsağın mikroflorası antibiotiklərlə məhv edilir. Allergiyanın səbəbi yad antitellərin qanda həddən artıq çoxalmasıdır. Ona görə biz bronxial astmalı xəstələrdə bağırsaqların müalicəsi ilə başlayırıq. Ağciyər, bağırsaq və dəri qoşa orqanlardır, bir sistem hesab olunur.
Çin təbabətində deyilir ki, bağırsağın ifraz edə bilmədiyi gəlib bronxun divarından ifraz olunmaq istəyir. Və bir müddət sonra bronxlar da dolur. Bronxial astma cavan və orta yaşlı insanları tutur. Astma tutmalarından sonra saqqız kimi qatı bəlğəm ifraz olunur. Adətən belə xəstələr nəfəsalmanı və bəlğəmi gətirmək üçün döş qəfəsini aşağı əyir. Yaşlı insanlarda isə daha çox ürək astması olur”.
Həkimin qeyd etdiyinə görə, bronxial astma başlamazdan 7-8 il əvvəl əlamətlərini göstərir. Bu simptomları diqqətdə saxlamaq lazımdır: yuxuda ikən səhərəyaxın inax kimi quru öskürək, burunun tutulması, dəridə qırmızı səpkilər bunlar astma öncəsi mərhələdir.
Bu mərhələdə bioloji tənzimləyici terapiya alsalar, özlərini bronxial astmadan qoruya bilərlər.
Bioloji Təbabət klinikası: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), Memar Əcəmi metrosunun yaxınlığında
Ruslan
Astma sağalan xesdelik deyil,sadece olaraq simptomlarını yungülkeşdirmek olar.Birde bilmelisen sebeb nedir! Meselen mende astama ağacların tozundan yaranır her il yaz aylarında,o vaxtlar gerek parkta,agaclıq yerlerde gezmeyesen,gülkerden,bezi meyvelerden bele uzaq olmalısan,o mövsümlerde
Məmmədova Zülfiyyə
Salam həkim Mən Rusiyada yasayiram oglumum 11 yaşı var her iki dəfə mpvsüm dətişən zaman asmatik tutmalari olur Nece etmek olar ki her dəfə təkrarlanmasin
Memmedov Sahib Sabir oglu
Salam doktur menim 33 yasim var mende astma var cox eziyet verir mene siz asmani mualice edib sagalda birsizmi?