Azərbaycanda uşaqdan tutmuş yaşlıya kimi əksər insanda rast gəlinən tənəffüs traktı xəstələrindən ən birincisi bronxit və bronxial astmadır. Bu iki xəstəliyi birləşdirən oxşar simptomlar çoxdur.
Hətta el arasında deyirlər ki, bronxitin üstünə düş, tez müalicə etdir, yoxsa astma olarsan.
Medicina.az insanları təngə bronxitlə bronxit astmanı fərqləndirmək yollarını araşdırıb.
Çox zaman həkimlər interpritasiyada yanlışlıq edərək, bronxial astmanı kəskin bronxit kimi müalicə edir, əksinə bronxit olana astma dərmanları təyin edirlər.
Bu halda düzgün müalicədən söhbət gedə bilməz.
Astma və bronxitdə oxşar-fərqli əlamətləri:
-Hər ikisi öskürəklə başlayır. Güclü, üzücü, gecələr artan öskürək.
-Bronxitdə öskürək quru və yaş, bəlğəmli ola bilər. Astmada isə öskürək quru, tutma şəkilli, səsli olur.
-Bronxitdə bədən temperaturu yüksəlir, baş ağrısı, sanki qrip, zökəm kimi əlamətlər olur, insan özünü pis hiss edir.
-Bronxitdə döş qəfəsində ağrı və sıxılma olur
-Astmada isə boğucu öskürək, sanki nəfəs çatışmır xarakter alır. İnsanda təngnəfəslik olur.
-Astmada sinədən xırıltı, küy səsi gəlir, tənəffüs pozulur, tutmalar gecə və səhər tezdən güclənir.
-Astmada öskürək, nəfəs darlığı tüstülü havada, siqaret çəkilən yerdə, fiziki iş və idman zamanı, qaçanda artır
Bronxial astması olan xəstələrin eyni zamanda bronxit də inkişaf edə bilər:
Bronxit, eləcə də astmalı xəstələrdə bronxit ciddi xəstəxana rejimində, həkim nəzarətində müalicə olunmalıdır.
Bu xəstəlik ayaq üstə sağalan xəstəlik deyil.
Diaqnostika:
Bu xəstələri ciddi sorğu-sual etməli, öskürəyin tipini dəqiqləşdirməli, anamnez və həyat tərzi toplanmalıdır.
Xəstə hansı hallarda tutmanın artdığını, nədən sonra azaldığını dəqiq bilməlidir.
Xəstədə bəzi testlər, eləcə spirometriya aparılır.
Həkim ağciyərlərə qulaq asır, rentgen çəkilir, qan analizi verilir.
Bronxiti yaradan yanaşı səbəb və xəstəliklər varsa onlar da nəzərə alınır.
Məsələn bronxiti virus infeksiyaları, ağır qrip, həzm sistemi xəstəliyi, ezofagit reflüks qıcıqlandıra bilər.
Astmanın isə dəqiq yaranma səbəbləri hələ məlum deyil: burda genetika, allergiya, tənəffüs sisteminin bəzi patologiyaları aiddir.
Yəni güclü allergiyası olanların və respirator infeksiyaları uşaqlıqda və gənc yaşlarda ağır keçirən insanlarda gələcəkdə bronxial astma olma ehtimalı yüksəkdir.
Müalicə
Xəstəliklər fərqli olduğu üçün səbəbindən asılı olaraq müalicələr də prinsipial olaraq fərqlənir.
Bronxiti terapevt müalicə edir və ciddi yataq rejiminə əməl etməklə olunur. Xəstə yatmalı, maye qəbulu artırılmalı, dərmanlar vaxtında qəbul edilməlidir. Lazım gəldikdə təyinatla inhalyasiya və fizioterapiya olunmalıdır.
Bronxit müalicə olunur, lakin bronxial astma tam müalicə edilmir, ona görə onun dərmanı yoxdur. Preparatlar tutma və boğulmaları yüngülləşdirmək, xəstəliyin irəliləməsinin qarşısını almaq üçün təyin edilir.
Astmalı şəxs maksimum allergenlərdən uzaq durmalı, siqareti tərgitməli, qidasına fikir verməli, yaşadığı və işlədiyi yerdə otaqların
rütubətliliyini təmin etməli, havalandırmalıdır.
Bu xəstələr ağır idmanla məşğul olmamalıdır, yorulmamalıdır, sadə gəzinti kifayətdir.
Eləcə immuniteti möhkəmləndirən vasitələr tətbiq olunmalıdır.