Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Brokkolinin ürək-damarlara faydası

  • 2021.12.22 16:45
  • 2571 Baxış
Brokkolinin ürək-damarlara  faydası

Amerikalı diyetoloq Cenifer Vays və Kim Denhaus brokkolinin ürək, damar və qaraciyərə təsirini açıqlayıb.

Medicina.az xəbər verir ki, brokkolidə karbohidrat azdır, lif çoxdur, onda C, K, A vitaminləri, fol turşusu, kaliy, fosfor çoxdur.

Brokkoli orqanizmin xəstəlik və infeksiyalara qarşı müqavimətini artırır, hüceyrələrə antioksidant təsir edib qoruyur.

“Antioksidantlar ürək xəstəliklərinin qarşısını alır, damarları möhkəmlədir, divarlarında yağ tıxanmarını təmizləyir.

Brokkoli kələm xromla zəngin olduğu üçün noradrenalinin sintezini, melatonin və serotonini artırır, bununla da insanın əhvalı yaxşılaşır. O, qaraciyərin də işini yaxşılaşdırır, oynaqlarda qığırdaqları bərpa edir.

İstər ürək,təzyiq, istərsə də şəkər xəstələri hər gün istifadə etməlidir”.