Böyük Britaniyanın ən yaşlı sakini, 112 yaşlı Coan Hokkard dünyasını dəyişib.
Medicina.az xəbər verir ki, 1908-ci ildə anadan olan qadın Dorset qraflığının Pul şəhərindəki evində vəfat edib.
C. Hokkard Kral VII Edvardın dövründə dünyaya gəlib, iki dünya müharibəsindən sağ çıxıb.
Kifayət qədər varlı bir ailədən olan qadın kərə yağı və qaymaq yeməyi sevirmiş. Ömründə bir dəfə belə pəhriz saxlamayıb.