Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Britaniyalı alimlər: XƏRÇƏNG MÜALİCƏ EDİLƏ BİLƏCƏK

  • 2019.05.27 09:25
  • 5086 Baxış
Britaniyalı alimlər: XƏRÇƏNG MÜALİCƏ EDİLƏ BİLƏCƏK
Britaniya alimləri heç bir prosedura reaksiya verməyən dözümlü xərçəng hüceyrələrinin inkişafını dayandıracaq yeni preparatların yaxın 10 ildə kəşf edilə biləcəyini açıqlayıblar. Medicina.az xəbər verir ki, Britaniyanın Xərçəng Tədqiqatları İnstitutu (ICR) bu araşdırmaya 75 milyon funt sterlinq ayıracağını açıqlayıb. İCR Londonun cənubundakı Sutton qəsəbəsində yeni dərmanlar hazırlayan müasir araşdırma mərkəzi açmaq istəyir. İnstitutun rəhbəri Paul Vorkman deyib ki, xərcənglə mübarizədə ən böyük problem xərçəng hüceyrələrinin dərmanlara adaptasiya olmaları və dərmanlara qarşı müqaviməti artırmalarıdır. Onun sözlərinə görə, yeni dərmanlar xərçəng hüceyrələrinin inkişafını daha uzun müddət üçün əngəlləyə biləcək. Bundan başqa, xərçəngdən xilas olma halları artacaq. Araşdırmaçılar deyirlər ki, onkoloji xəstəliklərlə mübarizənin müasir metodları, məsələn, kimyaterapiya bəzən müsbət nəticə vermir, xərçəng hüceyrələri sağ qalır, adaptasiya olunur və xəstəlik yenidən qayıdır. "Xərçəng hüceyrələrinin təkmilləşmək və müqaviməti artırmaq xüsusiyyəti xərçənglə bağlı əksər ölümlərin əsas səbəbi və bu xəstəliklə mübarizəni çətinləşdirən başlıca problemdir" - professor Vorkman belə deyir. Onun sözlərinə görə, İCR xərçəngin müalicəsinə radikal dərəcədə yeni yanaşma hazırlayır, bu yanaşma xərçəng hüceyrələrinin təkamül prosesini əvvəldən təxmin etməyə hesablanıb. Araşdırmaçıların hədəfi hüceyrələrdə preparatlara qarşı müqavimətin formalaşmasına mane olmaqdır. İnstitut bu araşdırma üçün 300-dək araşdırmaçını işə cəlb etmək istəyir. Xərçəngin bütün növləri mütəmadi olaraq təkamül edir. Bu isə böyük problem yaradır, çünki xərçəng hüceyrələrinin müalicə kursuna qarşı müqaviməti xəstəliyin geri qayıtmasına səbəb olur. İRC bu təkamül prosesindən yeni müalicə üsulları tapmaq üçün istifadə etməyi planlaşdırır. Araşdırmaların ilkin mərhələsində pozitiv nəticələr əldə edilib, amma onların pratikada tətbiqinə ən azı 10 il vaxt lazım gələcək. Alimlər ümid edirlər ki, xərçəngin yeni müalicə metodu müsbət nəticə verəcək. Bu metod eyni vaxtda bir neçə preparatdan isitfadəni və xərçəng hüceyrələrinin təkamülünü təxmin edəcək, buna mane olacaq süni intellekt proqramının tətbiqini nəzərdə tutur.