Birmingem Universiteti və Bath Universitetindən olan bir qrup britaniyalı alim davranış pozğunluğu olan yeniyetmələrin beyin strukturunda əhəmiyyətli fərqlər aşkar ediblər.
Medicina.az xəbər verir ki, araşdırmanın nəticələri “Lancet Psychiatry” (LanPsy) elmi jurnalında dərc olunub.
Davranış pozğunluğu bəzi gənclərdə müşahidə edilən psixi vəziyyətdir. Bu fenomenin daşıyıcıları təcavüzə və antisosial davranışa - döyüşmək, oğurluq, digər insanları təhqir etmək, norma və qaydaları pozmaq - meyllidirlər.
Mövcud hesablamalara görə, bu vəziyyət dünyada yetkinlik yaşına çatmayanların təxminən 3% -nə təsir edir.
Yeni araşdırmada komanda davranış pozğunluğu diaqnozu qoyulan 1185 uşağın və 1253 sağlam həmyaşıdının beyin strukturunu araşdırıb. Davranış pozğunluğu olan gənclərdə korteksin sahəsinin - beynin xarici təbəqəsinin səthinin əhəmiyyətli dərəcədə kiçik olduğu ortaya çıxıb.
Alimlər qeyd ediblər ki, bu vəziyyət davranış və emosional emal prosesini tənzimləyən prefrontal korteksin əhəmiyyətli dərəcədə azalması ilə əlaqələndirilir. Tədqiqatçılar digər insanların duyğularını anlamaqda və üz ifadələrini tanımaqda iştirak edən amigdala kimi sahələrdə də dəyişikliklər aşkar ediblər. Bu cür yeniyetmələrdə xüsusilə empatiya məhdudluğu, təqsirkarlıq hissinin olmaması və səthi hisslər müşahidə olunur.
Alimlər qeyd ediblər ki, davranış pozğunluğu əsasən erkən yaşlarından zorakılığa məruz qalan uşaqlarda baş verir.
Aysel