Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Britaniyada qripin yeni forması tapılıb

  • 2023.10.21 15:00
  • 2057 Baxış
Britaniyada qripin yeni forması tapılıb

Britaniya tədqiqatçıları kəskin respirator virus infeksiyasının yeni formasını aşkar ediblər.

"Medicina" xəbər verir ki, onlar 10,000-dən çox insandan yorğunluq, nəfəs darlığı, ağrılar və başgicəllənmə simptomları barədə soruşulub.

Simptomları olan insanlar 3 qrupa bölünüb: kovid infeksiyasına yoluxanlar, postkovid sindromu keçirənlər və heç bir infeksiya olmayanlar. Testləri mənfi çıxanlar.


Araşdırmalar göstərib ki, bu əlamətlər təkcə koviddə yox, başqa bir infeksiyada da olur.

Bəzi insanlarda davamlı soyuqdəymə mövcuddur, amma bu hazırda tibbə məlum olmayan qrip, respirator xəstəlik və ya pnevmoniya növüdür.


Uzun müddətli soyuqluğun ən çox görülən simptomu kəsməyən öskürək, mədə ağrısı və ishaldır.

“Davamlı soyuqdəymə” və ya “davamlı qrip” kimi ümumi terminin olmaması dəqiq diaqnoz qoyulmasına mane olur. Amma yəqin ki, bu infeksiyanın adı tapılacaq.

Aygün Musayeva