Böyük Britaniyada koronavirusa qarşı peyvəndin yaradılmasını tezləşdirmək məqsədilə xüsusi sınaqlar aparılacaq.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Sınaqlar çərçivəsində könüllü şəxslər bilərəkdən koronavirusa yoluxdurulacaq. Bununla bağlı artıq Böyük Britaniya hökuməti “Open Orphan Plc” əczaçılıq şirkəti ilə “Human Challenge” proqramının başladılması üzrə müqavilə də imzalayıb.
Sınaqlar çərçivəsində SARS-CoV-2-nin hansı minimal dozası ilə yoluxmuş könüllülər vasitəsilə xəstəlik öyrəniləcək. Xəstəliyi ağır keçirmək riski daşıyanlar sınaqlarda iştirak etməyəcək.