Böyük Britaniyada son sutka ərzində koronavirusa yoluxanların sayı 11 658-dən 14 579-a yüksəlib, daha 181 nəfər dünyasını dəyişib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
“27 mart saat 09:00-a olan məlumata əsasən, 113 777 nəfərdən analiz götürülüb, onlardan 99 198-i mənfi, 14 579-u isə müsbət nəticələnib. 26 mart saat 17:00-a olan məlumata əsasən, 759 koronavirus xəstəsi dünyasını dəyişib”, - nazirliyin məlumatında deyilir.
Daha əvvəl 578 nəfərin öldüyü xəbər verilirdi.
İspaniyada isə son sutka ərzində virusa yoluxmuş şəxslərdən 569-u vəfat edib.
Ümumilikdə isə İspaniyada koronavirusa yoluxan insanların syı daha 6273 nəfər artaraq 64059-a çatıb.
Qeyd edək ki, artıq 4934 nəfərin öldüyü İspaniyada xəstəxanaya yerləşdirilmiş insanlardan 4165-nin vəziyyəti ağırdır.