Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Britaniya ştammını uşaqlar ağır keçirəcək" - TƏBİB rəsmisi - VİDEO

  • 2021.03.19 10:20
  • 2143 Baxış
"Britaniya ştammını uşaqlar ağır keçirəcək" - TƏBİB rəsmisi -  VİDEO

Azərbaycanda koronavirusa yoluxma sayının artmasını Britaniya ştammı ilə əlaqələndirmək doğru deyil.

Medicina.az xəbər verir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında TƏBİB-in Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib. O bildirib ki, hansı ştammın olmasından asılı olmayaraq insan təması yüksək olan yerlərdə yoluxma sayları artacaq:

“Koronavirusa yoluxan şəxs onun Britaniya ştammı olub-olmamasını özü müəyyənləşdirə bilməz. Vətəndaşa da onda hansı ştamm olması barədə məlumat verilmir. Ştamdan asılı olmayaq, müalicədə hansısa fərqlilik yoxdur. Tək fərq odur ki, bu virusun yoluxuculuq qabiliyyəti daha yüksəkdir”.

Vasif Əliyev onu da qeyd edib ki, Britaniya ştammını uşaqlar ağır keçirəcək.