Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Brilliant Dadaşova koronaya yoluxdu: 3 vərəq dərman yazan həkimləri evdən qovun - VİDEO

  • 2021.09.07 15:28
  • 5863 Baxış
Brilliant Dadaşova koronaya yoluxdu:  3 vərəq dərman yazan həkimləri evdən qovun - VİDEO
Xalq artisti Brilliant Dadaşova koronovirusa yoluxub.

Medicina.az xəbər verir ki, müğənni bu barədə "İnstagram" səhifəsində video paylaşıb.

O bildirib ki, həkimlərin yazdığı müalicəni etmir:

"Həkim evə gəldi, 3 vərəq dərman yazdı. Bizə xəstəxanaya getməli olduğumuzu dedilər. Mən icazə vermədim. Dedim, eybi yox nə olacaqsa, evdə olsun. Yazdıqları resepti xalam oğlunun yoldaşına göndərdim. Baxıb dəhşətə gəldi. Dedi, kovid evdəkiləri öldürməz amma bu dərmanlar 100 faiz öldürər. Yazdıqları dərmanlar çox ağırdır. Böyrəyi, ciyəri məhv edir.

Üç vərəq dərman yazan həkimləri evdən qovun. 25 gündür korona tutmuşam. Şükür indi yaxşıyam. Nə xəstəxanaya getdim, nə də həkim deyən dərmanları vurdum. Üç vərəq dərmanların heç bir faydası yoxdur. Ən əsası, əgər virusa yoluxdunuzsa, təşvişə düşməyin. Adi qrip kimidir. Sadəcə, hərarət çox olur. Vitamin qəbul edin, zoğal yeyin. Zoğalın tərkibində elə vitaminlər var ki, heç bir antibiotikin tərkibində yoxdur. Qoymayın damarınıza antibiotiklər vursunlar".