Braziliyanın San-Paulu əyalətində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayı 46-ya çatıb.
"Medicina" xəbər verir ki, təbii fəlakətdə indiyədək 46 nəfərin həyatını itirdiyi, 40 nəfərin isə itkin düşdüyü qeyd olunur. Axtarış-xilasetmə işləri fasiləsiz davam edir.
Xəstəxanalarda müalicəsi davam etdirilən şəxslərdən yeddisinin vəziyyəti ağırdır.