Braziliyada son sutka ərzində daha 23 976 nəfərin koronavirus infeksiyasına yoluxması, 610 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 5 590 025 nəfər yoluxub. Bu müddət ərzində 161 106 koronaviruslu xəstə dünyasını dəyişib.
Həmçinin bu günədək 5 064 344 xəstə müalicə olunaraq sağalıb.