Braziliya Prezidenti Jair Bolsonaru paytaxt Braziliyadakı xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, hazırda müayinədən keçən dövlət başçısı qarın boşluğundakı ağrılardan şikayət edib. Hadisə ilə bağlı başqa məlumatlar verilməyib.
Bir müddət əvvəl Jair Bolsonaru səlahiyyət həddini aşaraq Hindistan istehsalı olan “Covaxin”in satın alınmasında ittiham olunub. Bu məsələ ilə bağlı ona qarşı cinayət işi başlayıb.