Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Boyunu şaqqıldadıb sındırmaq beyin üçün təhlükəlidir- Xəbərdarlıq

  • 2022.03.29 15:23
  • 2582 Baxış
Boyunu şaqqıldadıb sındırmaq beyin üçün təhlükəlidir - Xəbərdarlıq


Boyun fəqərələrini şaqqıdadıb sındırmaq rahatlaşdırıcı, insana xoş gələn və sanki başdakı ağırlığı götürən prosesdir. Hətta insanlar bəzən ara "həkimləri", manual terapevtlərə, masajçılara gedəcək bu prosesi etdirməyə can atır.

Xüsusən baş beyində qan durğunluğu olanlar boyundakı sıxılmanı götürməklə damarlardan qanın axınını yaxşılaşdırdıqlarını güman edirlər.

Bakupost.az xəbər verir ki, insanlarda bu vərdişin xeyrindənsə zərərli tərəfləri çoxdur.

Həkimlər bildirir ki, bədəndə istənilən oynaq və onurğa fəqərəsi birləşməsinin şaqqıldadılması oynaq ətrafındakı xüsusi kapsulu dartır.
Bu kapsulda olan maye oynağa təzyiqin qarşısını alan amartizasiya rolunu oynayır.

Təzyiq azaldıqda bu maye qaza çevrilir. Məhz bu qaz əmələ gəlmə prosesində qığırdaqlardan şaqqıltı səsi gəlir. Bu proses tibdə kavitasiya adlanır.

Boyunda belə kapsulu olan oynaqlar çoxdur. Boynu sındırma zamanı kapsul partlayır, maye qaza çevrilib yüngülləşir, nəticədə xəstəyə elə gəlir ki, həmin hissədə ağırlıq getdi, yüngüllük hissi gəlir.

Lakin bu müvəqqətidir, çünki kapsul yenidən maye ilə dolur.

Tibdə boyun şaqqıldatmasından sonra insult olma faktları çoxdur.

Boyunda beyini qidalandıran əsas arteriyalar keçir.

Bəzi insanlarda, xüsusən yaşlılarda onlar zədəli, zərif olur, qəfil hərəkətdə damar divarı laylanır, nəticədə beyin qan dövranı pozulur.
Amerika İnsult Assosiasiyasının üzvləri manual həkimlərə boyunda belə manipulyasiyalar aparmaqdan çəkindirib.

Damar zədələnməsi riski 10% olsa da var. Xəstələrinizi ölümlə üz-üzə qoymayın.

O ki, qaldı boynu sağa-sola sındırıb, şaqqıldadıb rahatlanmaq, bu daha çox psixi effektdir. Onun boyuna, sağlamlığa heç bir faydası yoxdur.

İnsan boynunu şaqqıldatdıqda endorfin hormonu sintez olur, bədən bu hormonu ona görə sintez edir ki, boyunda olan ağrıya qarşı xəstə dözsün. Məhz endorfinin təsirindən insan boyun şaqqıtdatma prosesindən həzz alıb sakitləşir.

Həkimlər boynu tez-tez, gündə şaqqıldadıb, oynaqlara təzyiq etməkdən çəkindirir.


Aygün Musayeva
BakuPost