Ehtiraslı öpüşdən sonra dəridə yaranan qızartı və ya tünd bənövşəyi ləkə ("zasos”) sevgi işarəsi kimi qəbul edilir. Lakin bu formada insanlar arasına çıxmaq çox zaman mümkün olmur.
Medicina.az goldnews.az-a istinadən öpüş izlərindən xilas olmağın bir neçə sadə üsulu ilə cütlükləri tanış edir.
Soyuq qaşıq
Öpüş izindən tez bir zamanda xilas olmaq istəyirsinizsə, həmin yerə soyuducuda 15 dəqiqə saxladığınız soyuq qaşığı qoyun. Qaşıq isinənədək izin üstünə basıb saxlayın.
Banan
Bananda olan kaempferol və kuerset maddələri hüceyrələri qoruyur, iltihabı azaldır və qan dövranını artırır. Öpüş izindən xilas olmaq üçün banan qabığının iç hissəsini qızartının üzərinə qoyub 15 dəqiqə saxlayın.
Diş fırçası
Qızartı yaranmasının səbəbi həmin bölgəyə qan toplanmasıdır. İz qalan yerdə qan dövranını sürətləndirmək üçün oranı yeri diş fırçasıyla fırçalamaq işinizə yaraya bilər.
Qəpik üsulu
Qəpikləri bir neçə dəqiqə soyuducuda saxladıqdan sonra dərinin üstünə qoyun. Bəziləri bu üsulun çox ağrılı olduğunu söyləyir. Odur ki, diqqətli olmalısınız.
Diş məcunu
Diş məcununun sərinləşdirici təsiri dərinin altında qanı hərəkətə gətirir. Bu, iltihab və qırmızılığı aradan qaldırmağa kömək ola bilər.