Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Boyunda duzlaşmaya qarşı nə etmək olar?

  • 2022.09.27 18:12
  • 6747 Baxış
Boyunda duzlaşmaya qarşı nə etmək olar?



Əgər boynunuzda xırçıltı, diskomfort, ağrı, göynəmə, hərəkət etdirəndə narahatlıq, baş ağrıları hiss edirsizsə, deməli, boyun fəqərələri və toxumalarında duz kristalları var.

Medicina.az boyunda duzlaşmaya qarşı nələr edə biləcəyinizi təqdim edir.


1. Bol su içməli, duzları qovan ərzaqlar seçməli, sağlam qidalanmalı. Duz çox zülal qəbul etdikdə də toplanır. Ona görə zülal tərkibli qidaları azaltmaq, göyərti, tərəvəz, meyvə yemək lazımdır.


2.Massaj – boyunun professional masajı qan dövranını yaxşılaşdırır, toxumaları qanla təchiz edib, iltihabı götürür, duzları yumşaldıb qanla qovur


3.Xüsusi gimnastika və hərəkətlər – Bu hərəkətləri sizə fizioterapevt, həkiminiz öyrədə bilər. Eləcə də youtube kanalında müxtəlif boyun gimnastikaları var. Amma bunları müntəzəm və dəqiq etməlisiz. Ostexondrozlu boyunu yanlış olaraq tam dairə ilə fırlatmaq, qəfil sağa sola burmaq olmaz.


4.Elektrofarez


5.Dərmanlar – təkcə dərman, maz, iynələrlə problem həll olmur. Amma yenə də nevroloqlar xüsusi preparatlar təyin edir.

Amma yuxarıdakılarla birgə dərmanlar effekt verə bilər. Bunlar əsasən ağrıkəsicilər, iltihab əleyhinə vasitələr, qızışdırıcı məlhəmlərdir.


Aygün Musayeva