Çində bir qadın boyun və çiyin masajı aldıqdan sonra reanimasiyaya aparılıb.
“Medicina” xəbər verir ki, Quançjoudan olan qadın servikal bölgədəki narahatlıq səbəbindən çiyin və boyun masajı seansına yazılmışdı.
Lakin ertəsi gün çinli qadının sol qolu uyuşdu və o, ağzına bir stəkan su belə ala bilmirdi.
Həkimlər ona kəskin beyin infarktı diaqnozu qoyub və reanimasiya şöbəsinə yerləşdiriblər.
Əgər o, bir neçə saat geciksəydi bütün bədəni iflic ola bilərdi.
Həkimlər boyun masajının çinli qadının yaşadığı problemlərə səbəb ola biləcəyini təsdiqləyirlər. Karotid arteriyanın zədələnməsi səbəbindən serebrovaskulyar insult ilə nəticələnən arterial obstruksiya inkişaf edib.
Aygün