Pandemiyada, evdə qaldığımız müddətdə boyun düzləşməsi kimi duruş problemləri artıb.
Medicina.az xəbər verir ki, türkiyəli mütəxəssis Nurhan Barutçu bununla bağlı məsləhətlər verib:
“İş həyatı, ruhsal durum, yaşam tərzi və yaş duruşumuza təsir edir. Doğru duruş üçün bağlar və əzələlər normada olmalıdır. Duruş səhv olduğu zaman balans pozğunluğuna, yorğunluğa və ağrıya səbəb olur”.
“ORQANİZMƏ OLAN TƏSİRLƏRİNƏ DİQQƏT”
"Duruş pozuntuları, kosmetik deformasiya, bədən asimmetriyası, boyun, baş, bel ağrısı, gərgin bel əzələləri, əzələ balansının pozulması, tənəffüs, qan təzyiqi, yuxu problemi, yorğunluq, tənəffüs tutumunda azalma, tarazlıq problemi, düşmə və psixososial problemlərlə qarşımıza çıxa bilər”.
''EVDƏ QALDIĞIMIZ ZAMAN ƏN ÇOX RASTLANILAN DURUŞ POZUNTUSU BOYUN DÜZLƏŞMƏSİDİR”
"Normal onurğada boyun bölgəsində C hərfi şəklində döngə vardır. Boyun düzləşməsində bu əyilmə azalmış olur. Bilgisayar və telefon istifadəsinin artması, masa başı çalışma, ayaqda durma, oturma yatma pozisiyasının yanlış olması boyun düzləşməsinə yol açar. Boyun düzləşməsinin ən çox yayılan əlaməti boyun ağrısıdır. Baş, boyun, kürək VƏ qollarda ağrı, uyuşma da ola bilər”.
MÜALİCƏ ÜSULLARI
“Boyun düzləşməsinin müalicəsində doğru duruşun öyrədilməsi, boyun hərəkətləri, fiziki müalicədə dərman, quru iynələmə, masaj və əl terapiyası kimi seçimlər arasında ən uyğun müalicə xəstəyə tətbiq edilir.
Ayaqda ideal duruş şəkli; Baş dik, qulaqlar çiyin səviyyəsində, çiyinlər arxada, sinə qabaqda, qarın içəridə, ayaqlar arası məsafənin çiyin genişliyində olduğu pozisiyadır.
İdeal oturma pozisiyası: Çiyinlər dik, kürək, ayaqlar və dizlərin arası 90 dərəcə olduğu oturuşdur.
Bilgisayar arxasında isə baş önə doğru yaslanmamalı, ekran göz bərabərində olmalı, 30 dəqiqədən bir durub gəzmək önəmlidir.
İdeal yatış pozisiyası: Uyğun sərtlikdə kürəyin və belin dəstəkləndiyi bir yataqda ən ideal yatış şəkili ayaqların qarına doğru çəkildiyi, dizlərin qatlanıldığı yan yatış şəklidir. Üzüüstə və kürəküstü yatış şəkilləri əzələ ağrılarına səbəb ola bilər”.