Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Boyun ağrısı üçün sınanmış resept

  • 2018.02.26 16:27
  • 23400 Baxış
Boyun ağrısı üçün sınanmış resept
 Bəzən soyuqdan, ya da yatarkən boynumuzun yastıqdan düşməsi onun tutulmasına səbəb olur. Bu isə ağrılara səbəb olur, boyunu çevirməkdə çətinliklər yaradır. Bəs boyun tutulması zamanı yaşanan ağrıları necə azaltmaq olar? Medicina.az Ailem.az istinadən ağrını aradan qaldıran təbii resept verir.


 Lazım olanlar:

 

1 fincan badam yağı 

10 damcı nanə suyu  

6 damcı nanə yağı  

5 damcı çay tikanı yağı 


 Necə tətbiq olunur?


Verilənləri qarışdırıb hava keçirməyən bir qabda qaranlıq yerdə saxlayın. Ağrınız olan yerə sürtüb, dairəvi hərəkətlərlə masaj edin. Alternativ olaraq masaj etdiyiniz yerə isti dəsmal da qoya bilərsiniz. Bu müalicəni gündə 3 və ya 4 dəfə tətbiq etməyiniz kifayət olacaq.