Boyun ağrısı bir çox xəstəlik və boyun toxumasının zədələnmə səbəbindən yarana bilir. Boyun ağrısına səbəb olan hallara degenerativ disk xəstəliyi, boyun dartınması, boyun travmaları – viplaş (wiplash), disk yırtığı və ya sinir sıxışmasını məsəl gətirmək olar.
Boğazın virus infeksiyası kimi adi infeksion xəstəlik zamanı da limfa düyünlərinin (vəzilərin) şişməsi və boyun ağrısı yaranır. Boyun ağrısı eyni zamanda nadir rast gəlinən infeksion xəstəliklərdə, məsələn boyun vərəmi, boyun fəqərə sümüyünün infeksiyası (osteomielit və septik diskiit) və meningit (çox vaxt boyun əzələlərinin rigidliyi ilə müşayiət edilir).
Boyun ağrısı birbaşa boyun əzələlərinin zədələnməsi hallarında, fibromialgiya, polimialgiya revmatika, eləcə də yuxu zamanı başın yastıq üzərində narahat pozası səbəbindən də yarana bilir. Boyun ağrısına həmçinin servikal ağrı da deyilir.
"Medicina" boyun ağrılarının differensasiya olunan səbəblərini təqdim edir:
Ən çox boyun ağrısı səbəbi boyunun gərilməsi və dartınmasıdır, bir neçə gün və ya həftəyə sağalır. Gərilmə həddindən artıq hərəkət və ya boyunun həddindən artıq ekstension vəziyyətə gətirmə zamanı əzələ, vətər və bağların qıcıqlanması səbəbindən yaranır.
Onurğadan kənar səbəblərdən yaranan boyun ağrıları: Onurğa səbəbi ilə olmayan, lakin boyunu əhatə edən bəzi ağrılar vardır. Döş qəfəsindən çıxan bəzi əzələ və sinirləri sıxışdıran ağrılara “torasik çıxış sindromları” adı verilir və 3 fərqli səbəbdən ola bilir.
2. Onurğa səbəbli boyun ağrıları: Bir neçə alt qrupları vardır.
Travmadan sonra yaranan boyun ağrıları: Boyuna təsir edən bəzi travmalarda həyati təhlükələrlə qarşılaşa bilirik. Günlük həyatımızda qarşı-qarşıya qaldığımız kiçik zərbələrdən daha böyük qəzalara qədər boyunumuzun travmalardan çox asanlıqla zədələndiyini unutmamalıyıq.
Hiperfleksion travması: Qəzaya uğrayan insanların başı öncə önə doğru sonra isə əksinə arxaya doğru sürətlə çırpılaraq sallanır.
Hiperekstension travması: Nəqliyyat vasitəsinə digər nəqliyyat vasitəsinin arxadan çırpılması tam əks vəziyyəti ortaya çıxaracaqdır.
İdman zədələmələri: boynun kəskin, qəflətən hərəkəti, yıxılmalar və.s
Degenerasiyaya bağlı boyun ağrıları: Boyunda ən hərəkətli olan 4-cü və 6-cı fəqərələr arasıdır. Bu səbəbdən də 40 yaşlardan etibarən degenerasiya ən çox bu nahiyələrdə başlayır. Disklərən tərkibindəki maye miqdarı azalaraq getdikcə qurumağa və elastikliyini itirməyə başlayır. Şübhəsiz ki, amartizator rolunu oynayan disklər bu vəzifəni görə bilmir və zamanla fəqərələrin arasındakı məsafə azalaraq bir-birinə yaxınlaşır. Təbii ki, bunun nəticəsində dar və həssas kanallardan keçən sinir kökləri strukturu pozulmuş disklər tərəfindən müxtəlif təzyiqlərə məruz qalır. Əlavə olaraq boyunda olan digər oynaqlar da bədənimizin digər bölgələrində olan oynaqlarımız kimi kirəcləşmələri xatırladan müxtəlif dərəcədə degenerasiyalara, struktur pozulmalarına məruz qala bilirlər.
Peşə ilə əlaqəli boyun ağrıları: Bəzi peşə faktorları və boynumuzun düzgün olmayan vəziyyəti disklərdə yaranan zədələnmə prosesini sürətləndirə bilir. Uzun yol sürücüləri, başı yuxarı vəziyyətdə çalışmaq məcburiyyətində olan boyacılar, oturaraq işləyən kafel ustaları bu risk qruplarına aiddirlər.
Protruziya və yırtıqlarla bağlı boyun ağrıları: Boyun yırtıqları adətən 5-ci və 6-cı fəqərəarası disklərdə yaranır. Bu zaman qol ağrıları qaçınılmazdır. Yırtıqlarda əlamət olaraq öskürmə və gücənmə zamanı ağrının artması (Valsava testi), başın təpəsindən aşağı doğru basmaqla boyunda ağrı əmələ gəlməsi (Kompression test), bu ağrının başı yuxarı vəziyyətdə çənədən tutularaq qaldırıldıqda azalması (distraksion testi) xarakterikdir.
Yırtığın ağırlığına görə reflekslər itə bilər, keyləşmələr, əzələ gücü azalması və ya qol əzələsi arıqlamış ola bilir. Erkən diaqnoz qoyulması ilə çox tez zamanda, əməliyyata ehtiyac qalmadan müvəffəqiyyətli nəticələr almaq mümkündür.
3. Boyuna yansıyan ağrılar: Səbəbləri boyunda olmadığı halda ağrının boyunda hiss edilməsi hallarıdır. Buna yansıyan ağrılar deyilir. Bunlara aiddir:
Stressə bağlı ağrılar
Əzələyə bağlı ağrılar
Düzgün olmayan duruş
Göz xəstəlikləri ilə əlaqəli
Revmatizmlə əlaqəli
Daxili orqanlarla əlaqəli
DİAQNOSTİKA ÜÇÜN:
İlkin dövr dəyişiklikləri kompyuter tomoqrafiya (KT) və maqnit rezonans tomoqrafiyası (MRT) müayinələri daha yaxşı aşkarlayır. Çox zaman yaxşı toplanmış anamnez və xəstənın fizikal müayinəsi yetərli olur. Düz rentgen görüntüləri çox pasiyentdə diaqnoz üçün kifayətdir. Xəstəliyin gedişatına görə əlavə olaraq xəstədən KT və ya MRT müayinələri tələb edilə bilər. Sinir sıxışmalarını aşkar etmək üçün EMQ (Elektromioqrafiya) müayinəsi, şiş və infeksion patologiyalar üçün sintiqrafiya müayinəsi daha informativdir.
Aygün Musayeva