El arasında kirəcləşmə, duzlaşma kimi tanınan osteoartrit, degenerativ artirit və ya degenerativ oynaq xəstəliyi olaraq da adlandırılır. Bu artirit zamanı oynaq qığırdağında aşınma yaranır. Qığırdaq aşındıqca oynaq yükdaşıma, hərəkət kimi funksiyalarını da itirir. Oynağı əmələ gətirən sümüklərin ucları itiləşir və sümük tümüyə sürtünməyə başlayır. Hərəkət ağrılı hal alır və məhdudlaşır. Bütün bu proseslər illərlə olan bir dəyişimdir.
Qığırdağın aşınma səbəbi çox zaman tapılmır. Bu zaman buna birincili, primer osteoartrit deyilir. Bəzən isə osteosrtiritin yaranmasına hər hansı bir xəstəlik səbəb olur, buna ikincili və ya sekonder osteoartirit deyilir.
Birincili osteoartritin səbəblərini tam olaraq bilməsək də amma ikincili osteoartiritin bir səbəbi vardır. Bu səbəb çox vaxt oynaq qığırdağının zədələnməsi və ya həddindən artıq yüklənməsi ilə əlaqəlidir. Ən çox rast gəlinən səbəbləri bunlardır:
Oynaq zədələnmələri: İdman, iş, ev və ya avtoqəza nəticəsində oynaq zədələnməsi və osteoartrit yaranması riski artır.
Təkrarlanan yüklənmələr: Eyni hərəkətlərin davamlı olaraq təkrar edilməsi oynaq qığırdağında aşınmaya gətirib çıxarda bilir. Balerinalarda ayaq biləyi, futbolçularda diz oynağında bu tipli osteoartrit əmələ gələ bilir.
Sümük kənarlarında zədələnmələr: Oynağı əmələ gətirən sümük kənarlarında sınığa və ya təzyiqə bağlı zədələnmələr ola bilərş Bu halda sümük kənarları normal anotomik quruluşunu itirir, nəticədə osteoartrit yaranır.
Sümük xəstəlikləri: Peget kimi xəstəliklər sümüyün sərtliyini azaldır, onlar asanlıqla sına biir. Sümük kənarlarındakı qırıqlar deformasiyaya səbəb olurlar.
Oynaqların həddindən çox yük daşıması: Bədən nə qədər ağırdırsa, diz , bud-çanaq , topuğa düşən yük bir o qədər də artır. Xüsüsilə diz osteoartritində həddindən artıq çəki önəmli bir faktordur. Həddindən artıq yüklənmə zamanla qığırdağın aşınmasına səbəb olur.
Oynaqlarda inkişaf pozğunluğu:Xüsusilə bud-çanaq oynağında anadangəlmə inkişaf anomaliyaları və çıxıqları da osteoartritə səbəb olur.
Osteoartritin əlamətləri
Oynaqlarınızda ağrı və digər şikayətləriniz varsa bunun osteoartrit olduğunu necə bilərsiniz? Bu xəstəlikdə aşağıdakı əlamətlərdən ən azı birinin sizdə olması lazımdır:
Oynaq ağrısı;
Gərginlik və hərəkətlərdə məhdudluq: bu osteoartritin gec əlamətlərindəndir. Nəticədə oynaq donub hərəkətsiz qala bilir;
Oynaqda həssaslıq, istlilik və şişkinlik: Ən çox diz və əl barmaqlarında görülür;
Dizdə xışıltılar, sürtünmə səsləri;
Barmaqlarda sümük böyüməsi: əl barmaqları oynaqlarının kənarlarında əmələ gələn çıxıntılar sümük böyüməsidir. Bu osteoatiritin əlaməti olub və irsi xarakter daşıyır.
Osteoartritin risk faktorları
Osteoartrit çox geniş yayılmış bir xəstəlikdir , lakin hər kəsdə rast gəlinmir. Bəzi insanlar risk daşıyır bəziləri isə yox. Osteoartritin riskləri aşağıdakılardır:
45 yaşdan yuxarı insanlar;
Oynaq travması keçirənlər;
Oynaqda davamlı olaraq təkrarlanan yükləmələr;
Qadınlar kişiərə nisbətən 3 dəfə çox rast gəlinir;
Valideynlərində osteoartrit olanlar;
Piylənmə.
Osteoartritin diaqnostikası:
Fizikal müayinə
Rentgen müayinəsi
MRT
Osteoartritin müalicəsi
Dərman müalicəsi
Müntəzəm müalicəvi idman
Fizioterapiya
Cərrahi müdaxilə