Böyük Britaniyada insanlar arasında “Meymun çiçəyi” virusuna daha 11 yoluxma halı qeydə alınıb.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Sacid Cavid bildirib.
Onun sözlərinə görə, yoluxan şəxslər xəstəliyi yüngül formada keçirir. Nazir, həmçinin qeyd edib ki, Böyük Britaniya “Meymun çiçəyi” xəstəliyinə qarşı vaksinin əlavə dozalarını alıb.
Xatırladaq ki, Böyük Britaniyada mayın 7-dən etibarən ümumilikdə 9 yoluxma halı aşkar olunmuşdu.
Hazırda isə dünyanın müxtəlif ölkələrində sözügedən virusa 60-dan çox yoluxma qeydə alınıb. Virus əsas olaraq ABŞ, Kanada, İspaniya, İtaliya, Portuqaliya, Böyük Britaniya və Avstraliyada aşkarlanıb.