Böyük Britaniyada ayrı yaşayan cütlüklərə görüşmək qadağan edilib.
REN TV xəbər verir ki, bu vasitə ilə hökumət üzvləri ölkədə koronavirusun yayılma radiusunu azaltmağa çalışır.
Lakin hökumət üzvləri yeni qadağaya tam olaraq necə nəzarət edəcəklərini açıqlamayıblar.
Son rəqəmlərə əsasən, Böyük Britaniyada 689 257 şəxsin COVID-19 virusuna yoluxduğu aşkar edilib.
43 429 xəstə pandemiyanın qurbanı olub.