Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Böyük Britaniyada 100 minlərlə tibb bacısı etiraz tətilinə başlayır

  • 2022.10.07 14:25
  • 1849 Baxış
Böyük Britaniyada 100 minlərlə tibb bacısı   etiraz tətilinə başlayır


106 illik səhiyyə tarixində iıl dəfə Birləşmiş Krallığın tibb bacısı kolleci ümumölkə tətilinə qərar verib.

"Medicina" xəbər verir ki, 100 minlərlə tibb bacısı hökumətin bu sahə üzrə işçilərin əmək haqlararının 5% artmasına etiraz edir.


Tibb bacıları hesab edir ki, hazırda ölkədə inflyasiya faizinə görə 10,5% maaş artımı olmalıdır.

"Bu unikal fürsətdir ki, hazırkı nəsil illərdir dəyişməyən sistemi dəyişsin. Maaş artımı reallığa uyğun olmalıdır. Bununla həm də çatışmayan personal problemi həll olunar" - deyə Həmkarlar İttifaqının rəhbəri Pet Kallen bildirib.

O, hesab edir ki, hökumət bu vaxta qədər tibb bacılarının dəyərini anlamayıb və bununla səhiyyə sistemini təhlükədə qoyur.

Aygün Musayeva