Böyrək xəstəliklərinin qarşısını almaq üçün sağlam qidalanmaq, ideal kiloda olmaq və mütəmadi olaraq idman etmək çox vacibdir.
Medicina.az E-saglam.az-a istinadəən xəbər verir ki, Anadolu Sağlamlıq Mərkəzi Daxili Xəstəliklər və Nefrologiya Mütəxəssisi Dos. Dr. Enes Murat Atasoyu deyir ki, xüsusi bir səbəb yoxdursa
bu 7 qaydaya əməl etmək lazımdır:
- Qan təzyiqini mütəmadi yoxlamaq,
- Gün ərzində 1,5-2 litr su içmək,
- Aktiv həyat tərzi sürmək,
- Qan şəkərini və qan təzyiqini mütəmadi yoxlamaq,
- Gündəlik duz qəbuluna diqqət etmək,
- Tütün məhsullarından uzaq durmaq.
Böyrək funksiyalarının hər hansı bir səbəbdən pisləşmə dərəcəsindən asılı olaraq bədəndə digər sağlamlıq problemləri meydana gələ bilər. Bu problemlərə hipertansiyon, ürək çatışmazlığı, ürək ritminin pozulması, şəkərli diabet xəstələrində şəkər nəzarətinin pozulması, anemiya, həzm sistemi xəstəlikləri, sümük-mineral xəstəlikləri, sinir sistemi problemləri və sonsuzluq daxildir.