Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Böyrəklərinizdə problem olduğunu göstərən - 8 qəribə ƏLAMƏT

  • 2022.03.11 15:00
  • 11016 Baxış
Böyrəklərinizdə problem olduğunu göstərən    - 8 qəribə ƏLAMƏT


Bəzi gizli əlamətlər var ki, insan ona az əhəmiyyət verir, başqa səbəblər axtarır, amma bu əlanətlər birbaşa böyrəklərdən qaynaqlanır.

Bu simptomlar hətta həkimlərin də gözündən yayınır.

Bakupost.az böyrəklərin düzgün işləmədiyini göstərən həmin əlamətləri təqdim edir.

1. Üz, ayaq, əllərdə şişkinlik, ödem, dəridə səbəbsiz göyərmələr
2. Sidiyə getməkdə çətinlik, rənginin və vaxtının dəyişməsi, miqdarında azalma

3. Gecələr tualet üçün tez-tez oyanmaq

4. Dəridə müxtəlif qaşınma və səpkilər – orqanizmdə zərərli tullantı və toksinlərin yığıldığını, süzülmədiyini göstərir
5. Yorğunluq, anemiya, halsızlıq

6. Tənəffüsdə pozulma, yaxşı dərin nəfəs ala bilməmək, oksigen aclığı
7. Ağızda metallik dəmir dadı

8. Başda ağırlıq, başgicəllənmə, diqqət yayılması, beynin işində zəifləmə

Əgər bu əlamətlər varsa, başınızı yoxlatmaq əvəzinə, birinci böyrəklərinizdən başlayın.

Aygün M
BakuPost