Böyrəklətin iltihabı el arasında soyuqdəymə kimi deyilən xəstəlikdir.
Xəstəliyin oyadıcısı müxtəlif bakteriyalardır, xüsusən bağırsaq çöpləri. Yəni bağırsaq iltihabı və bakteriyaları böyrəkləri də sıradan çıxarır.
"Medicina" xəbər verir ki, İnfeksiya orqana hematogen və ya urinogen yolla daxil olur.
Sidik yolları və qanla qonşu orqanlardan da bakteriyalar böyrəklərə keçir.
Əsas əlamətləri:
-Böyrəkdə, beldə və qasıqda, sidik kisəsində ağrı, sancı
-Sidik ifrazında pozulmalar, rənginin dəyişməsi
-Xəstədə halsızlıq, tez-tez temperatur dəyişikliyi
Kəskin iltihabi formada beldə dəhşətli ağrılar, hərarətin 39 dərəcəyə qalxması, titrətmə, tərləmə, sidiyin miqdarının kəskin azalması, zəiflik, başağrısı, daim susuzluq, ürəkbulanma, qusma, ürək döyünmə kimi əlamətlər verir.
Qasıq nahiyəsinin palpasiyası zamanı xarici cinsiyyət üzvlərinin şişkinliyi və təzyiqdən ağrıması müşahidə olunur.
Əgər vaxtında müayinə -müalisə olunmazsa, kəskin forma xronikiyə keçir, böyrəklərdə abses yaranır.
Aygün Musayeva