Böyrəkləri sağlam saxlamaq üçün düzgün və sağlam qidalanmaq vacibdir.
Medicina.az xəbər verir ki, ildə 2 dəfə böyrəkləri orada yığılan duz, qum və s. maddələrdən təmizləmək lazımdır. Bunun üçün xalq təbabəti üsullarından faydalana bilərsiniz.
Tərkibi:
6 fincan su
10 ədəd cəfəri (sapları ilə)
Limon suyu
2 çay qaşığı bal
Hazırlanması:
Suyu qaba qoyun və qaynatmağa başlayın. Cəfərini xırda-xırda doğrayın. 10 dəqiqə qaynadın və ocağın altını söndürüb soyumağa qoyun. İçərisinə bal və limon suyu əlavə edin. Gündə 2 stəkan bu sudan için. Nəticəsini qısa zaman ərzində müşahidə edəcəksiniz.