Orqanizmə dəstək olan bu 6 qida böyrəklərinizə saat kimi işləməyə kömək edəcək.
“Medicina” xəbər verir ki, böyrəklər insan üçün ən vacib orqandır, çünki bir gün ərzində təxminən 180 litr qan vurulur və qan toksinlərdən təmizlənir.
Böyrək funksiyasını yaxşılaşdırmaq üçün mütəxəssislərin məsləhət gördüyü aşağıdakı qidaları əlavə edə bilərsiz.
- Zeytun yağı;
• qırmızı üzüm;
• bolqar bibəri;
• zoğal;
• sarımsaq;
• Qaragilə
Bunlardan əlavə, kalsium və D vitamini ilə zəngin olan qatıq böyrəyin sağlamlığı üçün çox xeyirlidir. Əsasən də yemək arasında istifadə olunan qatıq böyrək sisteminin nizamlı işləməsinə kömək olur. Təzə meyvəyə və ya tərəvəzlərə qatılıb yeyilən qatıq, meyvələrdəki C vitamini və minerallar ilə birləşib böyrək funksiyasına müsbət təsir göstərir.
Balqabaq tumunun təmizləyici təsiri böyükdür. Sink və dəmir mineralları baxımından olduqca zəngin olan balqabaq tumu tərkibindəki omega 3 ilə böyrək xəstəliklərinə qarşı çox təsirlidir. Şəkəri tarazlayır və böyrək sistemini təmizləyir. Həmçinin immunitet sistemini gücləndirir, depressiya və xroniki halsızlıq kimi vəziyyətlərdə müsbət təsir göstərir. Balqabaq böyrək daşının əmələ gəlməsinin qarşısını alır .
Alma böyrəklər üçün qalxan rolu oynayır
Qırmızı alma böyrək xəstəliklərinin müalicəsində köməkçi olduğu qədər bu problemlərin yaranmamasında da qalxan rolu oynayır. Böyrəkləri təmizləyir və tərkibindəki liflər süzmə funksiyasını yaxşı işlədir. Gün ərzində 1 dənə alma yemək böyrək sağlamlığı üçün vacibdir.
Təbii ki, bütün bu qidalar məqbul miqdarda istehlak edilməlidir. Yalnız bu şəkildə böyrəklərinizə kömək edə və bədənin ümumi vəziyyətini yaxşılaşdıra bilərsiniz.
Günay Quliyeva