Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Böyrəkləri "öldürən" qidalar- Hər gün yeyirsiz

  • 2023.06.01 19:51
  • 2067 Baxış
Böyrəkləri "öldürən" qidalar - Hər gün yeyirsiz
Düzgün olmayan pəhriz, çirkləndiricilər və dərman qalıqları böyrəklərə yük verir.

Böyrəklərin təmizlənməsi üçün bir həftə vaxt lazım olur. Detoks və rahatlama dedikdə, bir çox insan ilk növbədə qaraciyəri düşünür.

Böyrəklər nefron adlanan kiçik filtrlərlə gündə 1000 litrdən çox qanı təmizləyir. Onlar karbamid, fosfatları, toksinləri və dərman qalıqlarını süzür, sidik əmələ gətirir və bununla da bədəndən çirkləndiriciləri çıxarır.

“Medicina” xəbər verir ki, həkim- uroloq Ruslan Qasanovun sözlərinə görə, əgər böyrəklər həddindən artıq yüklənərsə, böyrək funksiyası pozulur. Bunun əsas səbəbi piylənmə, yüksək təzyiq və diabetlə nəticələnən qeyri-sağlam qidalanmadır.


“Böyrəklərə zərər verən əsas qidalar fast food, çoxlu yağ və şəkərdir. Fast0fudda və xüsusən hazır yeməklərdə, kolbasa və pendirdə çoxlu duz var. Bunlar böyrəklərdə yük yaradır.

Duz - böyrəklər artıq duzu qandan çıxarmalıdır. Yeməkdə həddindən artıq duz, yəni tövsiyə olunan 6qramdan çox olması filtrasiya orqanlarını həddindən artıq yükləyir.

Fosfat - mineral stabilizator və qatılaşdırıcı kimi xidmət edir, 338-dən 341-ə, 343-ə, 459-dan 325-ə qədər E seriyası altında bir çox qidaya əlavə edilir. Xüsusilə, kolbasa, kola və emal edilmiş pendirdə fosfatlar var. Böyrəklərə yük yaradır və damarların kalsifikasiyasına kömək edir.

Heyvan zülalları - xüsusilə ət: böyrək funksiyası artıq bir qədər məhduddursa, həddindən artıq protein onlara əlavə yük yarada bilər.

Unutmaq olmaz ki, bədən çəkisinin hər kiloqramına 1,5 qramdan çox olmayan zülal, daha çox böyrəklərdə stress yarada bilər.

Purinlər - ət və kolbasa, digər şeylərlə yanaşı, bədəndə sidik turşusuna çevrilən purinləri ehtiva edir. Böyrəklər sidik turşusunu süzür və sidiklə ifraz edir. Bununla belə, böyrəklər artıq sidik turşusunu idarə edə bilmir. Sidik turşusu kristallaşır, bu kristallar böyrəklərdə toplana bilər və böyrək daşları əmələ gətirir”.

Günay Quluzadə