Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Böyrəklərdə daş niyə yaranır? - 5 əsas amil

  • 2019.07.08 20:20
  • 46254 Baxış
Böyrəklərdə daş niyə yaranır? -  5 əsas amil
Sidik tərkibinə görə  mineral və duzlarla zəngindir. Bu duzlar qandan fiktrasiya olunur. Sidikdə kalsium, fosfor və digər maddələr normadan çox olduqda, böyrək ləyəni və sidik kisəsində çöküntü, kristal və nəhayət daş yarana bilər. 


Onlar getdikcə böyüyüb sərtləşir və bütün böyrək strukturunda olur. Bəzi növ daşlar böyrəkdə olsa da heç bir problem yaradır. Bəzən isə daş hərəkət edib sidik kanalına düşür. Əgər o ölçüsü uyğun olsa, hərəkətə davam etsə, sidiklə orqanizmdən xaric ola bilər. Yox əgər ölçüsü, forması böyük olsa, sidik axarında ilişir, sidiyin yolunu kəsir, bununla da ağrı başlayır. 


Medicina.az böyrəklərdə daş yaradan səbəbləri təqdim edir.


Alimlər qidalanma, su maye rejimi, piylənmə, iltihab və maddələr mübadiləsi pozğunluğuna diqqət yönəldib. Hazırda tibb daşın yaranma səbəblərini öyrənib, amma bütün mexanizmlər tam açılmayıb.       


Böyrəklər böyük adamın öz yumruğu boyda  olan cüt orqandır. O, qanı süzərək, filtr rolunu oynayıb, sidik əmələ gətirir.  

Böyrəklər orqanizmdə maye mübadiləsini tənzimləyir. Sağlam böyrək qanı şlak, duz və zərərli maddələrdən təmizləyir.   Onlar natrium, kaliy və kalsiumu qanda tənzimləyir.   


Böyrəklər sidiyi sudan hasil edir, bu suyu da qan gətirir. Ona görə maye azlığı olduqda böyrəklərə az su gəlir və onların işi üçün yetərli olmur.


Neçə növ daş olur?


Tibdə konqramentlər adlanan böyrək daşları müxtəlif rəng, struktur və növdə olur. 


Daşların necə olması xəstənin qidalanması, yaşı, maddələr mübadiləsi, su rejimi, həyat tərzi ilə bağlıdır. Amma 70% hallarda kalsi tərkibli daşlar formalaşır. Öz növbəsində kalsium daşlar da fosfat və ya oksalat növlərə bölünür. 

Maddələr mübadiləsi pozulduqda, düzgün işləmədikdə hətta kalsium miqdarı normal olan insanda da kalsiyumlu daşlar yarana bilər. 


Urat daşları: sidik turşusunun kritstalları sidikdə yaxşı həll olmur və daş yaranır. 


Turş sidik sindromu kimlərdə olur: qidalanmasında purinlər çox olanlarda, piylənmə, artıq çəki, II tip şəkər xəstələrində, heyvan mənşəli zülallar yeyənlərdə, podaqrası olanlarda, az meyvə-tərəvəz yeyənlərdə. 


Struvit daşlar – az rast gəlinir. Böyrək və sidik kisəsində xroniki iltihab, infeksiya, bakteriyalar səbəbindən yaranır. İflicli, dağınıq skleroz, onurğa xəstəlikləri, xroniki böyrək çatışmazlığı, sidik kanalında kateteri olanlarda çox rast gəlinir. 

 



Daş olmasının əlamətləri


Sidik kisəsi daş xəstəliklərində əlamətlər bəzən özünü göstərmir, hər şey sakit gedir. Yalnız yerini dəyişib böyrəyi tərk edəndə ağrı başlayır. 

Daş uzun müddət sidik yolunda tıxanıqlıq yaradanda böyrək genişlənməsi – hidronefroz yaradır. 


Böyrək daşı ağrısı kəskin olub, sancılarla başlayır. Ağrılar belə, mədəyə, qarına, ayaqlara yayıla bilir. Ağrılar bədən daşı özündən uzaqlaşdırmaq istədikcə lap kəskinləşir. 


Tez-tez, amma az sidiyə getmə, sidiyin çox tünd, qırmızı kimi olması, qan görünməsi, ürəkbulanma, qusma halları olur. 


Diaqnoz


İldə bir dəfə böyrəklərin USM və ya rentgeni olunsa, sakit lal daşlar aşkarlana bilər. Kəskin tutmalar zamanı isə dərhal həkimə getmək, USM, rentgen və analizlər etmək lazımdır. Daşın yerləşməsini, ölçüsünü dəqiqləşdirirlər. Daha sonra spazmaqoliklər, maye qəbulu, ağrıkəsicilər və sidik kanalını genişləndirici və iltihab əleyhinə dərmanlar yazılır.

 

Böyrəklərdə daş niyə yaranır? -  5 əsas amil