50 yaşdan yuxarı demək olar, bütün insanların yarısında bir və ya iki böyrəkdə kistlə aşkar olunur. Kistlər USM müayinəsində görünür. Dİgər problemlərlə bağlı gedən xəstəyə həkim qəfildən deyir: böyrəyinizdə kisrt var imiş!
Medicina.az bu kistlər barədə gələn sualları nəzərə alıb böyrək kistlərinin səbəbini araşdırıb. Xəstələri ən çox qorxudan məqam kistlərin onkoloji şişlərlə səhv salınması və əməliyyatdır.
Kist – kisəcik, suluq, qabarcıq kimi görənən tək-tək çıxan törəmələrdir. Orqanın yumşaq toxumasında yerləşir, xoşxassəlidir, nadir hallarda patologiya aşkarlanır, heç bir ağrı və ya ağırlaşma vermir. Daha çox kişilərdə rastlanır.
Ən çox yayılmış kist formaları parenximatoz, polikistoz, sinus kistləridir.
Polikistoz irsi, anadangəlmə xəstəlik olub, böyrəyin üzərini örtən çoxsaylı, sıx kistlərin sayəsində üzüm forması almasıdır.
Kistlərin yaranma səbəbləri:
Səbəblər tam bəlli deyil, kist yaradan çox məqamlar ola bilər. Hətta travmadan sonra da böyrəklərdə kist formalaşa bilər.
Simptomları:
Kistlər böyüdükdə bu əlamətlər olur:
- Beldə, böyrək üstü və ətrafda ağrı
-Hərarət
-Tez-tez sidiyə getmə
-Sidikdə qan, rənginin tündləşməsi
-Təzyiqin " oynaması”
Diaqnostikası:
Usm və KT, qan, sidik analizi, kreatinin miqdarının ölçülməsi və s.
Müalicəsi:
Tək-tək, az sayda, 5 sm-ə qədər kistlərin müalicəsinə gərək yoxdur. Onlar ildə 2 dəfə USM-də izlənilir.
Daha çox polikistozların müalicəsinə ehtiyac var, çünki o ürək,qan-damar, beyinə də təsir edir. Əgər dərman müalicəsi fayda verməzsə, ağrılar dayanmazsa, punksiya vasitəsilə kistlər çıxarılır.
Kistlər partlaya bilərmi?
Bəli, infeksiyalaşmış kistlər bəzən partlayır. Bu zaman sidikdə qan görünür, sidik axını pozulur.
Polikistoz olan böyrəklərdə daş yaranma riski də çoxdur.
Uzun müddətli müalicə olunmayan polikistozlar yaşlı insanlarda böyrəklərin funksiyasının qismət və ya tam pozulması, böyrək çatışmazlığı yaradıb, hemodializə ehtiyac yarada bilər.
Diqqət: böyük kistləri və polikistozu olan insanlar travma, zədə, zərbəyə aid olan bütün məqamlardan, idman, futbol, velosiped, motosikletdən uzaq durmalıdır.
Bol maye qəbul olunmalı, çox gəzməli, düzgün qidalanmalıdır. Duz və zülalı normasında qəbul etməlidir.
Kist xərçəngə çevrilirmi?
Tək-tək kiçik kistlər şişə çevrilmir. Polikistozlar sürətlə irəlilədiyi üçün proqnozu bir qədər sərtdir. Amma nadir halda xərçəngə çevrilə bilər.
Böyrək problemləri ilə bağlı Medi Plus klinikasının Nefrologiya şöbəsinə müraciət edə bilərsiz.
Ünvan: Yasamal rayonu, Mirəli Seyidov 10, “Musabəyov” Parkının, ASAN Xidmətin yaxınlığı
Tel: (012) 434 59 36; (055) 252 45 94