Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Böyrək xəstəliyinin 8 ƏLAMƏTİ – MÜTLƏQ OXUYUN

  • 2019.04.16 14:22
  • 13434 Baxış
Böyrək xəstəliyinin 8 ƏLAMƏTİ –  MÜTLƏQ OXUYUN

Xroniki böyrək xəstəliyi çox gec aşkarlanan xəstəliklərdəndir. Bunun üçün onun bir sıra əlamətlər haqda məlumatlı olmaq tələb olunur. 


Medicina.az sizə böyrək xəstəliyi zamanı üzə çıxan 8 əlaməti təqdim edir: 


1) Özünüzü yoğrun hiss edirsiniz


Böyrək çatışmazlığı zamanı böyrəyiniz funksiyasını normal yerinə yetirə bilmədiyi üçün qanda zəhərli maddələrin miqdarı artır. Bu isə halsızlığa və yorğunluğa səbəb olur. 


2) Yata bilmirsinizsə...


Böyrəklər qanı lazımı miqdarda təmizləmədiyi üçün zərər maddələr beyinə gələrək yuxu problemləri yaradır. 


3) Dəriniz quruyub qaşınırsa...


Böyrəklər qandakı mineral və qida maddələrinin tarazlığını pozaraq, dərinin quruluğuna və qaşınmaya səbəb olur. 


4) Sidiyə tez-tez getmə


Böyrəklərdə olan filterlərin zədələnməsi tez-tez sidiyə getməyə səbəb olur. Əsasən də gecələr yaranan bu hal böyrək probleminin işarəsi ola bilər. 


5) Sidikdə qan görülməsi 


Böyrəklərdəki filterlərin zədələnməsi qan hüceyrələrinin sidiyə qarışmasına gətirib çıxarır. Bu, həmçinin, böyrəkdə infeksiyanın olmasına da işarədir.


6) Gözlərinizin ərtafında şişkinlik varsa... 


Gözlərin ətrafında olan şişliklər heç cür çəkilmirsə, bu böyrək xəstəliyinin əlaməti ola bilər. Bu vücudda artıq mayenin saxlanmasına bir işarədir. 


7) Topuqlarınız şişirsə...


Böyrək funksiyasını azaltdıqda orqanizmdə duz saxlanılır. Bu isə əllərin və ayaqların şişməsinə səbəb olur. 


8) İştahanız azalıbsa... 


İştahın azalmasının bir çox səbəbləri ola bilər. Ancaq bu hal həm də böyrək çatışmazlığından xəbər verir.

 

Arzu

Medicina.az