Böyrək transplantasiyası ilə bağlı hər kəsi maraqlandıran suallara cavab - VİDEO
Böyrək transplantasiyası ilə bağlı hər kəsi maraqlandıran suallara cavab - VİDEO
2019.09.06 11:07
4456 Baxış
Böyrək transplantasiyası ilə bağlı tədris videosu hazırlanıb. Medicina.az xəbər verirki, sözügedən videoda urologiya və transplantologiya sahəsində yüksəkixtisaslı, peşəkar cərrah kimi tanınan Rəşad Şolanın rəhbərliyi ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) "Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində həyata keçirilən böyrəkköçürmə əməliyyatı mərhələli şəkildə təsvir olunur. Tədris videosu artıq beynəlxalq səviyyəli konfransda təqdim edilib, peşəkar mütəxəssislərin kifayət qədər müsbət rəyini alıb.
"Böyrək transplantasiyası ən mürəkkəb əməliyyatlardan biridir. Bu əməliyyatla bağlı çoxsaylı sualları, insanların marağını nəzərə alaraq, belə videoçarx hazırlamaq qərarına gəldik. Bu video xüsusilə transplantoloqlar, dializ həkimləri, nefroloqlar, eləcə də böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən insanlar üçün olduqca önəmli tədris videosudur. Videoçarxı izləyən hər kəs əməliyyata hazırlıq, resipiyent və donorun hazırlanması, əməliyyat prosesi və gözlənilən uğurlu nəticə ilə bağlı aydın məlumat almış olur” deyə şöbə müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad Şolan bildirib.