Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Böyrək daşlarından xilas edən – LİMON ŞORBASI

  • 2019.04.29 19:37
  • 16102 Baxış
Böyrək daşlarından xilas edən –  LİMON ŞORBASI
Böyrək daşının dözülməz ağırlarından təbii yolla xilas olmaq mümkündür. Belə ki, bütün yeməklətə limon və cəfəri əlavə etsəniz, müsbət nəticə əldə etmiş olacaqsınız.


Medicina.az böyrək daşlarında faydalı limon şorbasının reseptini təqdim edir. 


 Tərkibi:


2 limon

2 yemək qaşığı un 

Yarım çay qaşığı düyü 

2 stəkan su

Cəfəri,nanə 

Yarım çay qaşığı zəncəfil

Bir çimdik duz, eyni miqdarda adi cirə 


Hazırlanması:


Limonların suyunu sıxın, qabıqlarını rəndələyin. 

Zeytun yağı, su və unu qazana  töküb yaxşı-yaxşı qarışdırın. Orta odda qaynayana kimi saxlayın.

Qaynadıqdan sonra yumurta çırpanla qarışdırın. İçinə limon qabıqlarını və digər ədviyyatları əlavə edin. 


Şorbadan bir çömçə kənara götürün, qazandakı qarışığa limon suyunu əlavə edib, qarışdırmağa davam edin.

Şorba qatı olubsa isti su əlavə edib bir az durulda bilərsiniz.

Daha sonra dorğanmış cəfərini əlavə edin. Limon qabıqları tam bişdisə, deməli şorbanız da hazırdır.


 Qeyd: limon suyunu sıxandan sonra limonun iç tərəfindəki ağ təbəqəni görəcəksiniz. Limon qabığının sarı hissəsində xüsusi aroma yerləşir. Qabığın iç tərəfindəki ağ liflərdə isə acı təhər tam olur. Əgər dorğamadan əvvəl ağ hissəsini təmizləyib, yalnız sarı hissəni rəndələsəniz, şorbanız acı tam  verməz.