“Böyrək xəstəliyi Azərbaycan üçün endemik xəstəlikdir, hazırda müxtəlif bölgələrdə böyrəklərdə daş yaranma riski var. Böyrək daşı xəstəliklərə daha çox şimal və şimal-qərb regionlarına rast gəlinir”.
Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov bildirib.
Onun sözlərinə görə, Şamaxı-İsmayıllı zonasında bu risk 2,1-2,3 faiz arasındadır:
“Bu risk Şəki-Zaqatalada 0,7 faiz, Xaçmaz-Siyəzəndə 1,7 faizdir”.
Mütəxəssis deyib ki, böyrək daşı xəstəlikləri daha çox qadınlarda olur:
“Böyrək şikayəti ilə gələn hər 100 xəstədən 13-ü böyrək daşı xəstəliyindən əziyyət çəkir. Hər ay bir daşı əritmək istəyiriksə, maksimum 1 sm-ə qədər ərimək ehtimalı var. Böyrək daşı olanlarda 5 ildə 50 faiz xəstədə təkrar daş yaranır”.