Hipotenziya – böyrək çatışmamazlığı insult və infarktın inkşafına gətirib çıxara bilər.
“Medicina” xəbər verir ki, həkim – terapevt Andrey Ryabkovun sözlərinə görə, aşağı qan təzyiqi ilə xarakterizə olunan hipotenziya insanda yorğunluq hissi yaradır.
Aşağı təzyiq zamanı qanda oksigen çatışmazlığı meydana gələ bilər. Bu da beyin və ürək kimi mühüm orqanların işində mənfi dəyişikliklərlə nəticələnir.
Hipotenziya ilə böyrək çatışmazlığının inkişafı da mümkündür.
Daimi hipotenziya üçün xarakterik olan simptomlar:
Zəiflik, yorğunluq.
Yuxu pozğunluqları.
Sürətli ürək döyünməsi
Həddindən artıq tərləmə.
Başgicəllənmə.
Nəfəs darlığı.
Bayılma.
Temperatur dəyişikliklərinə həssaslıq.
Kəskin əhval dəyişikliyi.
Aygün Musayeva