Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Boynunuza buz qoyub 20 dəqiqə gözləyin - Ağrıları yox edir

  • 2024.09.06 09:52
  • 1654 Baxış
Boynunuza buz qoyub 20 dəqiqə gözləyin -  Ağrıları yox edir
Bəzən ağrılara görə müxtəlif dərmanlardan istifadə edirik. Lakin dərman istifadə etməyə üstünlük verməyən insanlar təbii üsulların köməyi ilə ağrıları aradan qaldırmağın yollarını axtarırlar.

Medicina.az xəbər verir ki, bu təbii üsullar arasında ənənəvi Çin təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə edilən buz üsulu dərmansız müalicə ən təsirlisidir.

Əsrlərdir Çin təbabətində istifadə edilən bu üsulun təsirli nəticələr verdiyi müşahidə edilib.

Çin təbabətində buz terapiyası olaraq da adlandırılan bu üsulu xüsusilə miqrendən əziyyət çəkənlər tez-tez istifadə edir.

Bir parça və ya bintə qoyulmuş buzu boynunuzun arxasına qoyub 15-20 dəqiqə saxlayın. Bu bir çox problemləri, xüsusən də dözülməz baş ağrılarını aradan qaldıracaq.

Baş ağrılarınızla yanaşı yuxu keyfiyyətinizi yaxşılaşdırmaqda təsirli olacaq bu üsul sayəsində yuxusuz gecələrlə vidalaşmanız daha asan olacaq. Stressi azaltmada da təsirli olan buz üsulu, birdən çox problemi sağaltdığı üçün dərmansız müalicə üsulları arasında ilk seçiminiz olacaq.