Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Boynundan aşağısı iflic olanlar qollarını hərəkət etdirə biləcək – Yeni cihaz

  • 2024.06.13 17:17
  • 1275 Baxış
Boynundan aşağısı iflic olanlar qollarını hərəkət etdirə biləcək –  Yeni cihaz
Boyundan aşağısı iflic olan 43 nəfər yeni cihaz sayəsində qolunu hərəkət etdirə bilib.

Medicina.az xəbər verir ki, iflicli insanların yerimə kimi bacarıqları bərpa etməsinə imkan verən tədqiqatlar son illərdə sürət qazanıb.

Bu üsullarda onurğa beyni elektriklə stimullaşdırılır. Bu isə adətən cərrahi yolla bir cihazın yerləşdirilməsini tələb edir.

İsveçrədə yerləşən sağlamlıq texnologiyaları şirkəti “Onward Medical” tərəfindən hazırlanmış yeni cihaz isə dəriyə yerləşdirilir.
İflic olan xəstələrin onurğa iliyinin zədələndiyi nahiyəyə yaxın yerləşdirilən elektrodlar vasitəsilə verilən elektrik cərəyanı onların əl-qol nəzarətini bərpa etməyə imkan verir.

“Nature Medicine” jurnalında dərc edilən araşdırma çərçivəsində onurğa beynindən zədə alan və bir ildən 30 ilədək iflic olan 60 nəfər iki ay müddətində müalicə olunub.

Daha sonra ARC-EX adlı cihazdan istifadə edərək eyni müalicəni alan xəstələrdən 43-ü əllərini və qollarını istifadə etmək qabiliyyətini bərpa edib.

Araşdırmada qeyd olunub ki, iştirakçıların 87 faizi həyat keyfiyyətinin yaxşılaşdığını bildirib.

Araşdırmanın müəlliflərindən biri olan Dr. Çet Moritz bildirib ki, bu cihaz beyin və aşağı onurğa beyni arasında tam anatomik ayrılma olan insanlarda, yəni xəstələrin 10 faizində təsirli olmaya bilər.

“Amma qalan 90 faiz üçün bu, çox yaxşı müalicə üsuludur”, - deyə həkim bildirib.

Dr. Moritz, beyin və əzalar arasında yeni əlaqələr inkişaf etdirən bu cihazın qoşulmadıqda belə faydalar təmin etdiyini deyir:

“Biz inanırıq ki, o, onurğa beyni zədəsinin bir hissəsini sağaldır; faydalar cihazdan uzaq qaldıqda da davam edir”.

Alimlər ümid edirlər ki, elektrik stimullaşdırma metodu gələcəkdə iflic olan xəstələrə yerimək imkanı da verəcək.


Aysel