Boyun düzləşməsi xəstəlik deyil, xəstəliyə bir siqnaldır.
“Medisina” xəbər verir ki, boyunda 7 fəqərə var. Boyun fəqərələri normalda onə doqru S şəklində yerləşir. Bu əyriliyin itməsinə xalq dilində boyun düzləşməsi deyilir.
Bu, fəqərələrin I şəklində düzülməsidir.
Boyun düzləşməsi, boyun əzələlərinin zəifliyi, sıxılması, qısalması nəticəsində olur. Problemli əzələlər fəqərəni davamlı olaraq arxaya doğru çəkər, normal fəqərə düzümünün pozulmasına yol açar.
Ən cox görülən səbəblər bunlardır:
-Səhv mövqedə uzun müddət dayanmaq (baş-gövdə bucağı 90 dərəcə olacaq şəkildə dayanmalı), önə əyilmiş mövqe əzələlərdə qısalma yaradır.
- Hündür yastıqdan istifadə etmək
- Osteoporoz (sümük əriməsi)
- Ağır işlərdə işləyərkən, çəki qaldırmaq
Boyun düzləşməsi (servikal lordoz azalması) nəticəsində; boyun nahiyəsindəki əzələ, damar, qığırdaq, sinir sistemi pozula bilər, fəqərələr və digər toxumalar kifayət qədər qidalanmadiqda problemlər ortaya çıxmağa başlayır.
Bunlardan:
-Boyun və qol ağrıları
- Baş gicəllənməsi ilə birlikdə baş ağrısı (beyinə gedən iki damar (vertebral arteriyalar) sıxıldıqda beynə kifayət qədər qan göndərə bilmir.
- Qulaqlarda zingilti, küy
- ürəkbulanma
- Yuxu pozulması
- Unutqanlıq
Müalicə edilmədikdə balansızlıq, konsentrasiya, yaddaş pozulmalarına yol aca bilir.
Bu problem MRT və rentgenlə diaqnoz olunur.
Müalicəni nevroloq və fizioterapevt aparır.
Günay Quluzadə