Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Nişastalı reseptlə gənc qız dərisinə sahib olacaqsınızBotoksu əvəz edən maska!

  • 2018.12.14 11:49
  • 36853 Baxış
 - Nişastalı reseptlə gənc qız dərisinə sahib olacaqsınız Botoksu əvəz edən maska!
Üz üçün möcüzəvi təsirə malik məhsullardan biri də nişastadır. Nişastadan hazırlanmış maskanın effektini dərhal görmək mümkün olur. Çünki bir prosedurdan sonra belə üz dərisi dartılır və parıldayır.


Medicina.az hamar və qırışsız dəriyə sahib olmaq istəyənlər üçün ev şəraitində hazırlanan maskanın reseptini təqdim edir:


Tərkibi


1 x/q nişasta

1 ç/q duz 

1 ç/q bal, azacıq isti süd 


Hazırlanması


Bütün maddələri sıyıq halına gələnədək qarışdırın. Maskanı təmiz üzə çəkin. 30 dəqiqə saxlayın. Daha sonra maskanın qalıqlarını üzünüzdən pambığın yardımı ilə təmizləyin. Üzünüzü yuyun. 


Nişasta ilə yumurta ağından maska


Tərkibi


1 x/q kartof nişastası 

1 yumurtanın ağı

0,5 ç/q limon şirəsi

Azacıq su


Hazırlanması


Nişastanı su ilə pasta halına gələnə qədər qarşıdırın. Daha sonra ora yumurta ağını və limon şirəsini əlavə edin. Əmələ gələn yapışqan maddəni təmizlənmiş üzünüzə çəkin. 40 dəqiqə saxlayın.


Daha sonra pambığın köməyi ilə təmizləyərək üzünüzü yuyun.


Nişasta maskası botoksu əvəz edəcək! Nəzərə alın ki, nə qədər tez bu cür maskalardan istifadə etməyə başlasanız, yaşlanma ilə əlaqədar olan qırışlar sizdən bir o qədər uzaq olacaq.


Arzu

Medicina.az