Hidrogen peroksidə demək olar ki, hər aptekdə rast gəlmək mümkündür. Bu preparat dezinfeksiyaedici xüsusiyyətə malikdir və açıq yaraların yuyulmasında istifadə edilir. Bundan əlavə hidrogen peroksiddən kosmetologiyada da geniş tətbiq edilir.
Madicina.az bu dəfə sizə hidrogen peroksidin fərqli, hələ heç kəsə məlum olmayan xüsusiyyətini təqdim edir:
Hidrogen peroksid antiseptik xüsusiyyətlərə malikdir, buna görə də üzdə olan səpgilər və qıcıqlanma ilə mübarizədə uğurla tətbiq edilir. Bu zaman əsas məsələ üzün yaxşıca təmizlənməlidir. Hidrogen peroksidin tərkibində oksigen mövcuddur. O dərinin epitel qatı ilə reaksiyaya girir. Bunun hesabına da dərinin məsamələri tər, piy və kirdən təmizlənir. Bundan əlavə məhlul üzdə olan tüklərin rəngini də saraldır. Perikis məhlulu üzdə olan çilləri və piqment ləkələrini və sızanaqların ləkələrini də yox edir. Hidrogen peroksid dərinin vəziyyətini normallaşdırır, ona təravətli və parlaq görüntü verir.
Hidrogen peroksid məhlulunun bilinməyən tərəflərindən biri də onun üzdə olan qırışları açaraq üzə botoks effekti yaratmasıdır.
Bu məhlul aktiv kimyəvi maddədir. Onu təmiz şəkildə istifadə etmək qadağandır. Çünki qatı məhlul dəriyə quruducu təsir göstərərək ona ciddi zərər vura bilər. Buna görə də hidrogen peroksidi yalnız maskaların tərkibində istifadə etmək məsləhətdir.
• Maska hazırlamaq üçün 3%-li perikisdən istifadə edin
• Dəriniz quru və həssasdırsa o zaman maskanın tərkibinə aloe şirəsi, yumurta sarısı, lanolin kimi yumşaldıcı maddələr qatın.
• Maskanı hazır olan kimi nazik təbəqə ilə üzünüz çəkin.
• Həftədə 2 dəfə istifadə edin
• Yuduqdan sonra üzünüzə yumşaldıcı krem çəkin
Gil ilə maska
Bu vasitə yağlı dərilər üçün idealdır. Hazırlanması üçün 1 x/q gili perikislə qarışdırmaq lazımdır. Maskanın tərkibinə bir neçə damcı çay ağacı yağı əlavə etmək olar. Yaxşıca qarışdırdıqdan sonra üzünüzə çəkin və 15 dəqiqə saxlayın. Üzünüzü isti su ilə yuyun.
Maya ilə maska
Rəngi solmuş və yorğun dəri üçün ideal maskadır. Maskaya yaş maya 1 ç/q hudrogen peroksid, 1-2 damcı limon suyu əlavə etmək lazıdır. Üzünüzdə 15 dəqiqə saxladıqdan sonra isti su ilə yuyun.
Bu maska ilə əsasən gözətrafında olan qırışları açmaq mümkündür.
Kəsmik ilə maska
Cavanlaşdırıcı effektə malikdir. Hazırlamaq üçün 1 x/q kəsmiyin üzərinə 1 ç/ü bal və limon şirəsi əlavə edin. Qarışığa 8 damcı perikis tökün. Yaxşıca qarışdırın və üzünüzə çəkin. Bu maskanı üzdə 20 dəqiqədən artıq saxlamayın.
Arzu
Medicina.az