Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Boşanmaq istəyən arvadını öldürdü - Meyiti meşəyə atıb...

  • 2025.02.21 08:00
  • 283 Baxış
Boşanmaq istəyən arvadını öldürdü -  Meyiti meşəyə atıb...

Türkiyədə boşanmaq istəyən qadın öldürülüb.

Medicina.az türk mediasına istinadla xəbər verir ki, İzmirin Əliağa rayonunda yaşayan Fatma Ş. yaşadıqları problemlərə görə ərindən ayrılmaq qərarına gəlib və qardaşı ilə yaşamağa başlayıb.

Boşanma prosesi davam edən Fatma Ş. keçmiş əri M.Ş.-nin görüş təklifinə razı olub.

Lakin qadın keçmiş əri ilə görüşdə bıçaqlanıb.

Ər yaralı qadını meşəyə ataraq hadisə yerindən uzaqlaşıb.

Fatma Ş.-nin meyitini görən vətəndaşlar vəziyyəti 112 Təcili Yardım qruplarına xəbər verib.

Hadisə yerinə gələn sağlamlıq qruplarının müayinəsi nəticəsində gənc qadının öldüyü müəyyən edilib.

Polis qaçan şübhəlinin tutulması üçün əməliyyata başlayıb.

Hadisə ilə bağlı istintaq davam edir.

Aygün
Medicina.az




Boşanmaq istəyən arvadını öldürdü -  Meyiti meşəyə atıb...