Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Boşanma və ayrılıq kişiləri xəstə edir- ALİMLƏR

  • 2023.08.04 16:23
  • 2087 Baxış
Boşanma və ayrılıq kişiləri xəstə edir - ALİMLƏR
Kopenhagen Universitetinin (Danimarka) tədqiqatçıları hər iki cinsin sağlamlığına tək bir boşanmanın deyil, çoxsaylı ayrılmaların təsirini araşdırıb.


“Medicina” xəbər verir kib, bunun üçün 48 yaşdan 62 yaşa qədər təxminən beş min kişi və qadın haqqında məlumatları təhlil ediblər. Məlumatlar 1986-cı ildən 2011-ci ilə qədər şəxsi həyatlarının vəziyyətini, həmçinin qanlarında iltihabın iki əsas biomarkerinin - interleykin 6 (IL-6) və C-reaktiv zülalın səviyyəsini əhatə edirdi.

Bədəndə xroniki sistemik iltihab xərçəng, ürək-damar xəstəlikləri, 2-ci tip diabet və erkən ölüm riskini artırır.
Nəticədə məlum oldu ki, boşanma və şəxsi həyatda da çoxsaylı uğursuzluqlardan sonra təkbaşına keçən illər kişilərin sağlamlığına mənfi təsir göstərir. Tək yaşama müddəti nə qədər uzun olarsa, kişilərin qanında iltihabın biomarkerlərinin səviyyəsi bir o qədər yüksəkdir.

Qadınlarda isə ayrılıqlar, partnyorsuz uzun ömür bədəndə sistemli iltihabın artmasına səbəb olmur. Bu gender fərqlərinin altında yatan səbəblər hələ aydın deyil. Ola bilsin ki, bu onunla bağlıdır ki, kişilər şəxsi problemlərinə cavab olaraqəı qeyri-sağlam həyat tərzinə meyl edirlər, məsələn, çox içmək, siqaret çəkmək və s.

Aynur Məmmədova