Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Borularda iltihab olanda ağrılar necə olur? - Mama -ginekoloqdan açlqlama

  • 2024.01.15 15:40
  • 1515 Baxış
Borularda iltihab olanda ağrılar necə olur?   - Mama -ginekoloqdan açlqlama

“Uşaqlıq borularının ltihab prosesi varsa, sağ və sol qalça çuxurlarında ağrı, bədən hərarətinin yüksəlməsi, titrəmə, qusma kimi əlamətlər ortaya çıxır”.


"Medicina" xəbər verir ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Yeganə Axundova qurumun rəsmi saytına müsahibəsində deyib.



"Çanaq orqanlarının iltihabi xəstəlikləri infeksiyaları uşaqlıq yolundan və uşaqlıq boynundan uşaqlıq boşluğuna fallop boruları ilə keçməsi nəticəsində yaranır. Belə infeksiyalara cinsi yolla ötürülən qonoreya, xlamidiya, trixomoniaz, eləcə də mikoplazma genitalium aid edilir. Həmçinin, belə iltihabi prosesləri bağırsaq çöpləri, streptokoklar, qardinella, peptostreptokokus və s. kimi infeksiyalar yarada bilər.

Doğuşdan, xüsusən də cərrahi doğuşdan (qeysəriyyə) uşaqlıqdaxili vasitələrdən istifadə, histerektomiya, histerosalpinqoqrafiya kimi cərrahi əməliyyatlardan sonra kiçik çanaq orqanlarının iltihabi xəstəliklərinin yaranma ehtimalı daha da yüksək olur.


Uşaqlıq borularının yüngülvari iltihab prosesi mövcuddursa, sağ və sol qalça çuxurlarında ağrı, bədən hərarətinin yüksəlməsi, titrəmə, qusma kimi əlamətlər ortaya çıxır. Endometriozun olduğu təqdirdə, belin və qarının aşağı hissəsində ağrılar yarana bilər.

Bundan başqa, xəstələri irinli ifrazat, sidik ifrazının tez-tez və ağrılı olması narahat edə bilir. Ağır hallarda irinli intoksikasiya əlamətləri, yəni ümumi zəiflik, taxikardiya, əzələ ağrıları, ağızda quruluq, dispepsiya kimi simptomlarının da yaranma ehtimalı var. Çanaq dibinin irinli iltihabi xəstəlikləri cinsi əlaqənin ağrılı olması ilə də özünü büruzə verə bilər.

Uşaqlıq yolundan gələn axıntının miqdarı və tərkibi müəyyən edilir. Ehtiyac olunduğu təqdirdə, yaxmada cinsi yolla keçən infeksiyaların polimer zəncirvari üsulu ilə təyini, həmçinin yaxmanın əkilməsi ilə materiallar götürülür. Eyni zamanda, xəstələr bimanual müayinə olunurlar. Bu zaman uşaqlıq və onun artımlarının vəziyyəti qiymətləndirilir. Xəstələrə qanın və sidiyin ümumi analizi, qanda C-reaktiv zülalın miqdarı təyin edilir, transvaginal ultrasəs müayinələr aparılır."


Aygün Musayeva