Dünya tibb tarixində ilk dəfə 26 mart 2018-ci ildə Amerikada gənc əsgərə penis və xaya transplantasiyası əməliyyatı keçirildi.
Medicina. az xəbər verir ki, adı açıqlanmayan gənc hərbçi bomba partlayışı zamanı aşağı çanaq orqanlarını itirmişdi. 15 saat davam edən əməliyyatda xəstəyə donor penisi, xaya, uretra, damarlar, əzələ və sinirlər köçürüldü. 11 cərrahdan ibarət komanda dünya tibbində ilk dəfə belə böyük masştabda əməliyyatı bacardı.
" Biz ümid edirik ki, transplantat tezliklə normal sidik ifrazı və cinsi fuksiyanı bərpa edəcək”- deyə plastik cərrah Endryu Li bildirib.
Bundan sonra pasiyentə müntəzəm olaraq testosteron inyeksiyası vurulacaq. Gənc əsgər sürətlə yaxşılaşır və tezliklə evə buraxılacaq.