Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Boğulub ölməkdən son anda xilas olanlar bu testlərdən keçməlidir – Həkim açıqladı

  • 2024.07.25 18:52
  • 1235 Baxış
Boğulub ölməkdən son anda xilas olanlar bu testlərdən keçməlidir –  Həkim açıqladı
Təəssüf ki, yay aylarında boğulma hadisələri səbəbilə onlarla insan həlak olur. Ancaq son anda xilas edilənlərin də sayı kifayət qədər çoxdur.

Sudan çıxarıldıqdan sonra bir çox insana sadəcə ilkin tibbi yardım göstərilir. Ancaq mütəxəssislər boğulma təhlükəsi ilə üzləşmiş hər kəsin müəyyən tibbi prosedurlardan keçməli olduqlarını bildirirlər.

Medicina.az xəbər verir ki, baş elmi işçi, məhkəmə eksperti, patoloq Boris Kulbitski boğulma təhlükəsi ilə üzləşmiş insanların sudan çıxarıldıqdan sonra mütləq qan testindən keçirilməsini tövsiyə edir.

“Qurbanı sudan çıxardıqda ilkin tədbirlər görülməlidir. Əvvəlcə nəbz, qan təzyiqi, tənəffüs dərəcəsi və qan oksigen səviyyələri də daxil olmaqla, həyati funksiyaları qiymətləndirməlisiniz. Bu, birincidir. Sonra şəxsin sağlamlıq vəziyyətini daha yaxşı qiymətləndirmək lazımdır. Bunu etmək üçün ondan qan testi götürməlisiniz", - deyə həkim bildirib.

Kulbitskinin sözlərinə görə, elektrolitlərin və digər göstəricilərin səviyyəsini qiymətləndirmək üçün qan testi vacibdir.

“Ağciyər ödemi, tənəffüs çətinliyi sindromu və ağciyərlərdə mayenin olub olmadığını yoxlamaq üçün döş qəfəsinin rentgenoqrafiyasını da etməlisiniz. Ümumiyyətlə, insan boğulma ilə üzləşdikdən sonra mümkün fəsadları müəyyən etmək üçün mütləq peşəkar həkimə müraciət etməlidir”, - mütəxəssis qeyd edib.


Aysel